Karantin rejimini pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunub


Rusiya Dövlət Duması üçüncü oxunuşda karantin rejimini pozmağa görə cinayət məsuliyyəti haqqında qanun layihəsini qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsinin təşəbbüskarları Dumanın dövlət quruculuğu komitəsinin sədri Pavel Kraşeninnikov və parlamentin spikeri Vyaçeslav Volodindir.

Yeni qanun layihəsinə görə, sanitar-epidemioloji qaydaları pozanlar 500 min rubldan 1 mln. rubladək cərimə və ya sahibi olduğu sənətlə 3 ilə qədər məşğul ola bilməmək cəzası, ya da 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası alacaqlar.

Qeyd edək ki, hazırda koronavirusa görə təcriddə qalmağın vacibliyi tövsiyə xarakteri daşıyır. Bunu pozmağa görə sanksiya ancaq qayda pozuntusunun insan ölümünə və ya kütləvi şəkildə yoluxmaya səbəb olduqda mümkündür.