Fransada kütləvi tədbirlər iyulun ortalarınadək qadağan olunub


Koronavirus pandemiyası səbəbindən dayandırılan Fransa Liqa1-in oyunları iyulun ortalarına qədər keçirilməyə bilər.

Apasport.az saytının məlumatına görə, yarış bərpa olunsa, qarşılaşmalar azarkeşsiz baş tutacaq.

Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində ölkədə iyulun ortalarınadək kütləvi tədbirlərin qadağan olduğunu bəyan edib. Bu isə o deməkdir ki, həmin müddətədək azarkeşlərin iştirakı ilə idman tədbiri keçirmək mümkün olmayacaq.


İnsanların kütləvi toplandığı yerlər də qapalı qalacaq. Lakin Makron bildirib ki, karantin tədbirləri mayın 11-dən yüngülləşdiriləcək. Həmin tarixdən sonra çempionatın bərpası mümkün olsa da, görüşlər yalnız boş tribunalar önündə keçirilməlidir.