Türkiyənin Bingöl şəhərində dünyaya gələn və koronavirus testi müsbət çıxan körpə 15 gün davam edən müalicədən sonra xəstəxana işçiləri tərəfindən alqışlarla yola salınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Z.E. İki həftə əvvəl doğum üçün Bingöl Ginekologiya və Uşaq xəstəxanasına müraciət edib. Xəstəxanada körpə dünyaya gətirən ananın koronavirus testi mənfi olsa da, körpəsinin testi müsbət olub.
Bundan sonra körpə karantinə alınıb və müalicəsi başlayıb. Adı açıqlanmayan körpə, 15 gün davam edən müalicədən sonra virusu məğlub edib və anası ilə birlikdə tibb işçilərinin alqışları ilə evə buraxılıb.
Turan