Britaniyada koronavirusdan ölənlərin sayı 12 mini ötüb


Böyük Britaniyada son sutka ərzində 778 nəfər yeni növ koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 12 107 nəfərə çatıb.