Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq


Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-dək uzatmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti bununla əlaqədar yaxın günlərdə Parlamentə müraciət etməlidir.

Baş Nazir deyib: “Fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar tez qəbul olunmalıdır. Biz bu yolla koronavirusun yayılma coğrafiyasının və sürətinin azalmasına nail ola bilərik”.