Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunda keçirilə bilər


Fransada Elmi Şura bələdiyyə seçkilərinin ikinci turunun iyun ayında keçirilməsinə etiraz etməyib.

AZƏRTAC xəbər verir ki, icraçılar birinci turu martın 15-də keçirilmiş bələdiyyə seçkilərinin ikinci turunun iyunun 28-də keçirilməsi fikrini irəli sürüblər.

Elmi Şura hökumətə təqdim etdiyi hesabatda bildirib ki, sanitar vəziyyət yaxşılaşsa da, seçki kampaniyası zamanı mühüm sanitar təhlükələrlə üzləşmək mümükündür. Buna görə də bələdiyyə seçkilərinin ikinci turu keçirilərsə, təşkilatçılar seçki kampaniyasının təşkilini köklü şəkildə dəyişməlidirlər. Seçkilərdən 15 gün əvvəl vəziyyətin yenidən qiymətləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Şuranın rəyindən əlavə, Baş Nazir Eduard Filip seçkilərin keçirilməsinə dair parlamentdə debatların keçirilməsini də istəyir. O, bütün siyasi qüvvələrin seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində iştirakını arzulayıb.