Dünyada koronavirus:  beş milyon yoluxan, iki milyon sağalan...

Dünya üzrə koronavirusdan sağalanların sayı iki milyonu (2 005 840 nəfər) ötüb. 
Rəsmi statistikaya görə, hazırda dünyada 5 054 253 nəfər koronavirusa yoluxub. Onlardan 327 938 nəfəri vəfat edib.

Dünyada ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb (1 584 774 nəfər). Sonrakı yerlərdə isə Rusiya və İspaniya qərarlaşıblar.