ABŞ-da 54 min ölümün qarşısı alına bilərdi: Cəmi iki həftə…


Amerikalı alimlər hesab edirlər ki, Birləşmiş Ştatların rəhbərliyi sanitar tədbirləri cəmi iki həftə əvvəl qəbul etmiş olsaydı, ölkədə 54 min ölüm halının qarşısını almaq mümkün idi.
Bu barədə “The New York Times” məlumat yayıb.

İnfeksionist Cefri Şeymanın rəhbərlik etdiyi Kolumbiya Universitetinin alimlər qrupu ABŞ-da koronavirusdan qorunmaq üçün görülən tədbirlərin səmərəliliyini ölçməyə imkan verən kompüter modelindən istifadə edib.

“Yoluxmanın artım mərhələsində kiçik müddət belə, ölüm hallarının azalmasında vacib rol oynayır”, - deyə C.Şeyman bildirib.