Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.
Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki, ölkə lideri koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.
Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.
İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltibahın olduğu bildirilib. O, koronavirusa yoluxmada şübhəli bilinir.