ABŞ-da “Huey” təxəllüsü ilə məşhur olan reper Lourens Frens silahlı insident nəticəsində öldürülüb.
Sənətçinin faciəvi ölümü ilə əlaqədar xəbəri “Fox2” telekanalı yayıb.
31 yaşlı reper Sent-Luisdə 10-dan çox insanın iştirakı ilə baş vermiş silahlı atışma zamanı öldürülüb.
Reper “Lock and Drop It” pop hiti ilə məşhurdur.