Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir


Yaponiya paytaxtında artıq ikinci gündür ki, COVID-19-a yoluxanların ümumi sayı 50 nəfəri keçib.

Şənbə günü yerli vaxtla saat 23:00-a olan məlumata görə, Tokioda 57 nəfər koronavirusa yoluxub. Bundan bir gün əvvəl virusa 54 nəfərin yoluxduğu bildirilib.

Qeyd edək ki, Yaponiyada son məlumatlara görə, koronavirusa ümumilikdə 19 min 121 nəfər yoluxub. Onlardan 17 min 110 nəfərin sağaldığı, 985 nəfərin isə həyatını itirdiyi bildirilir. 49 nəfərin vəziyyəti ağırdır.