Rusiyada indiyədək koronavirusdan 9073 nəfər vəfat edib


Ötən gün Rusiyada 6791 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində 104 xəstə vəfat edib, 5735 nəfər sağalaraq evə buraxılıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 634 min 437 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 399 min 87 nəfər sağalıb, 9073 pasiyent vəfat edib. Operativ Qərargahın məlumatına görə, 2119 nəfərdə COVID-19 xəstəliyi simptomsuz ötüşüb.

Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.