Çinin üç aviaşirkəti yerli istehsal olan ilk təyyarələr alıb


Çin kommersiya aviasiya korporasiyası (COMAC) öz istehsalı olan ilk ARJ21 təyyarələrini Air China, China Eastern Airlines və China Southern Airlines aviakompaniyalarına təqdim edib. Bu aviaşirkətlərin hər biri ilin sonunadək üç təyyarə alacaq.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, həmin təyyarələrdən müntəzəm uçuşlarda istifadə olunacaq. Doxsan yerlik ARJ21 orta magistrallı laynerdir.

COMAC daha iki sərnişin təyyarəsi üzərində işləyir. Darfüzelyajlı C919 hazırda uçuş sınaqlarından keçirilir. Genişfüzelyajlı CR929 təyyarəsi isə Rusiya ilə birgə işlənib hazırlanır.