Britaniyada koronavirusdan ölənlərin sayı 43 500 nəfərə çatıb


Son sutka ərzində Böyük Britaniyada yeni növ koronavirusa (COVİD1-9) yoluxma nəticəsində ölənlərin sayı 36 nəfər artaraq 43 min 500 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirusa yoluxanların sayı isə 901 nəfər artaraq 311 min 151 nəfər olub.