Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 24 min 645 nəfərə çatıb


Ermənistanda daha 736 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, iyunun 28-də Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 24 min 645 nəfərə çatıb. COVID-19 virusundan ölənlərin sayı isə 427-yə yüksəlib.

Hazırda ölkədə 11 min 529 aktiv koronavirus xəstəsi var.