Türkiyə PUA-ları kənd təsərrüfatında da istifadə edəcək


Türkiyədə pilotsuz uçuş aparatlarının kənd təsərrüfatında istifadə edilməsinə icazə verilib.

Ted.az bildirir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyi ərazilərin pilotsuz uçuş aparatları ilə müvafiq icazə ilə çiləməsinə imkan yaradacaq.

Bunun üçün xüsusi lisenziya almaq lazım olacaq.

İcazə məsələlərinə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baxılacaq.