Ərdoğan: "Türkiyə gələcəyini Avropa Birliyində görür"


"Türkiyə gələcəyini Avropa Birliyində görür və bu istiqamətdə hökümət addımlar atır".

24News.ge xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının sədri Ursula von der Layen ilə videokonfrans zamanı deyib.

Ərdoğana video görüşdə qeyd edib ki, AB Türkiyənin gündəmindədir.

Türk lider, 2021-ci ilə qədər AB ilə immiqrasiya sahəsində əməkdaşlıq üçün yeni təsirli bir mühitin yaradılmasına başlandığını qeyd edərək AB ilə gömrük ittifaqının yenilənməsini, Türkiyə vətəndaşları üçün vizasız rejimin verilməsini və Türkiyənin AB-yə üzvlüyü üçün yeni addımların düşünüldüyünü bildirib.