Rusiya Prezidenti Vladimir Putinin İngiltərədə yaşayan altı hədəfi özündə cəmləşdirən yeni bir "ölüm siyahısı" yaratdığı iddiası irəli sürülüb.
"Sherg.az" xəbər verir ki, ingilis mətbuatı Rusiya lideri Putin haqqında diqqətçəkən bir iddia ilə çıxış edib.
Daily Mail-dəki xəbərə görə, Putin İngiltərədə yaşayan altı hədəfi özündə cəmləşdirən yeni bir "ölüm siyahısı" hazırlayıb.
İngilis mətbuatına kimliyi gizli qalması şərti ilə danışan bir rus cəsus, Putinin gücünü siyasi rəqiblərinə sübut etmək üçün bu üsuldan istifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya lideri "sərt oğlan" obrazını formalaşdırmaq üçün ötən gün Sibir tətilindəki fotoşəkillərini yayımlayıb. Həftə sonunu Sibirdə keçirən Vladimir Putinə Müdafiə Naziri Sergey Şoyqu yoldaşlıq edib.