Rusiya Prezidenti Vladimir Putinin Sibirdəki tətilində mətbuat konfransı zamanı "nüvə çantası"nın yanında olub-olmadığı barədə sual verilib.
"Sherg.az" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, lazımlı ünsiyyət vasitələrinin istənilən yerdə Putinin yanında olduğunu bildirib.
O fikirlərini belə ifadə edib:
"Strateji rabitə də daxil olmaqla bütün lazımi rabitə vasitələri, Rusiya, ya da dünyanın hansısa bir ölkəsindən asılı olmayaraq hər zaman prezidentin yanında olur".