İnsanlar öz dünyasına zərər verdikcə, yaşayış sahələri getdikcə azalır. Yerin trayektoriyası o qədər də parlaq deyil ...
"Sherg.az" xəbər verir ki, NASA-dakı bir qrup alim günəş radiasiyasının artması səbəbiylə Yerdəki həyatın bir milyard il sonra yox olacağını hesablayıb.
Bu barədə türk mətbuatı məlumat yayıb.
Bir qrup tədqiqatçı, zamanla Günəşin yer üzündə oksigeni istehlak edəcəyini və dünyanı yaşanmaz hala gətirəcəyini təyin edib. Nəşr olunan məqaləyə görə, günəş şüaları sayəsində yer oksigenlənir, amma bu çox yavaş proses olduğu üçün gündəlik həyata təsir etmir.