Dünyada iqlim böhranına diqqət çəkmək üçün 27 mart tarixində işıqlar bir saat söndürüləcək. "Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, "WWF" tərəfindən 2007-ci ildən bəri dünya miqyasında milyonlarla insanın iştirakı ilə təşkil olunan qlobal bir tədbir olan Earth Hour-da bu il "dəyişiklik" çağırışı ediləcək.
WWF-Türkiyə tərəfindən Türkiyədə iqlim böhranı ilə mübarizə aparmaq üçün öncülük edən tədbir iştirakçıları "Dünya Saatı, Dəyişikliyi" deyərək, dünyanın dörd bir yanında milyonlarla insanın birlikdə planetin səsi olacağını deyib.
Qeyd edək ki, "NTV"-nin xəbərinə görə, tədbir 20:30-21:30 saatlarında ( Türkiyə vaxtilə) baş tutacaq.