Türkiyənin Şanlıurfa vilayətində 12 terrorçu zərərsizləşdirilib


Türkiyənin Milli Müdafiə Nazirliyi Şanlıurfa vilayətinin Akçakale rayonunda 3 hərbçinin ötən gün şəhid olmasından sonra PKK/YPG mövqelərinə güclü artilleriya zərbələrinin endirilməsi nəticəsində 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, nazirliyin açıqlamasında şəhidlərin qanının yerdə qalmadığı, bölgədə antiterror əməliyyatlarının davam etdirildiyi bildirilib.

Xatırladaq ki, ötən gün Akçakale rayonunda terrorçuların əvvəlcədən quraşdırdıqları əldədüzəltmə bombanın partlaması nəticəsində Türkiyə ordusunun üç hərbçisi şəhid olub.