
İrəvan siyasi manevr edir: ATƏT-in Minsk qrupu mütləq buraxılmalıdır!
13:02 14.03.2025
Aktual
671
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsindən danışıb.
Mirzoyanın sözlərinə görə, sülh sazişinin imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyacın qalmadığını demək olar.
“Sülh sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institusional olaraq hesab edə bilərik ki, münaqişə sona çatıb”, - o qeyd edib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Mirzoyanın fikirlərini müsbət qiymətləndirmək mümkün deyil:

"Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra deyil, ümumiyyətlə, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Bunun üçün hər iki ölkə rəsmi şəkildə müraciət etməli və prosesin icrası təmin olunmalıdır. Mirzoyan isə məsələyə qeyri-müəyyən yanaşaraq konkret mövqe bildirməkdən çəkinir. Halbuki Azərbaycanın ortaya qoyduğu prinsiplər daha məntiqli və ədalətlidir. Minsk qrupunun buraxılması və Ermənistan dövlətinin konstitusiyasında müvafiq dəyişikliklər edildilməsi sülh sazişinin imzalanmasını perspektivdə daha real edəcək.
Buna baxmayaraq, rəsmi İrəvan bu cür bəyanatlarla yenə də siyasi manevrlər etməyə çalışır. Lakin Azərbaycan tərəfi bu kimi manipulyasiyalara yol verməyəcək və öz haqlı mövqeyindən geri çəkilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə