Sumqayıtda zavod ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə "Azərboru" zavodunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.