Bayden Rusiyanı dollarla hədələdi


ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya banklarının ABŞ dolları ilə əməliyyatlar apara bilməyəcəyini söyləyib.

ABŞ lideri bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

“Əgər onlar buna getsələr, işğala əl atsalar, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla əməliyyat apara bilməyəcək”, - deyə C.Bayden bildirib.

Bununla belə, C.Bayden hesab edir ki, Rusiya hakimiyyəti Qərblə genişmiqyaslı müharibə istəmir.

Mənbə: TASS