2022-ci il Balkan ölkələrində seçki ili olacaq


Cari il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək.

Sherg.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu il yanvarın 16-da Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendumla başlayan seçki prosesi həm prezident, həm də parlament seçkiləri ilə davam edəcək. Seçkilər aprelin 3-də keçiriləcək. Həmin gün paytaxt Belqradda bələdiyyə şurasına seçkilər də olacaq.

Bosniya və Herseqovinada isə oktyabrın 2-də Rəyasət Heyətinə üzvlüklə yanaşı, parlament seçkiləri keçiriləcək.

Monteneqroda cari il üçün seçki planlaşdırılmasa da, mövcud siyasi böhrandan asılı olaraq bu ölkədə də seçkilərin keçirilməsi ehtimalı var.

2022-ci il region ölkələrindən Albaniya və Sloveniyada da seçki ili olacaq. Albaniyada prezident seçkilərinin mayda, Sloveniyada isə parlament seçkilərinin apreldə keçirilməsi gözlənilir.