Bacı və qardaşını boğub öldürən gəncə 100 il həbs cəzası verildi!


2017-ci ildə baş verən və yalnız ABŞ-ın deyil dünyanın da qanını donduran cinayət hadisəsi ilə bağlı qərar açıqlanıb. Bacı- qardaşını boğaraq qətl edən gəncə məhkəmə tərəfindən 100 il həbs cəzası verilib.

Sherg.az xarici media istinadən xəbər verir ki, çox körpə yaşlarında olan bacı və  qardaşını  öldürən qatil hadisənin izahını da belə vermişdi: "Onları şeytandan və cəhənnəmdən qurtarmaq istədim". 

Hazırda 17 yaşında olan Nickalas Kedrowitz, cinayətləri törədərkən 13 yaşında olub.  23 aylıq olan bacısını və 11 aylıq qardaşını boğaraq öldürən Nickalas Kedrowitz, bu cinayətinin hər biri üçün 50 il cəza alaraq, bötövlükdə 100 il həbs cəzasına məhkum edilib.

Nickalas Kedrowitz cinayətləri 2017-ci ilin may ayında törətmişdi. İki uşaq da evlərində polis tərəfindən aşkarlananda nəfəs almırdı. 
Məlum olub ki, ailələri uşaqları böyük qardaşları Nickalasa tapşırıblar. Cinayəti törətdikdən və bacı - qardaşı öldükdən sonra Nickalas ailəsinə onların tənəffüs almaqda çətinlik çəkdiklərini və həmin anda keçindiklərini deyərək yalan söyləmişdi. Gerçəkdə isə  doğmalarını boğaraq öldürmüşdü...

Məhkəmə işində qeyd olunur ki, Nickalas bacısını dəsmalla, qardaşını isə ədyalla boğub.

Polis sorğusunda bacı- qardaşlarını cəhənnəmdən qurtardığını söyləyən qatilə "bu cəhənnəmin nə olduğu" soruşulan zaman Nickalas "ev işləri" deyə cavab vermişdi. Nickalas, polislərə eyni zamanda tanrıyla bacı- qardaşları haqqında danışdığını, ancaq bunu bir sirr olaraq saxlaması lazım olduğunu da bildirib.

Turan