KTMT qüvvələri Çinə görə Qazaxıstandan çıxdı?

Sergey Lavrovun Çinin xarici işlər naziri ilə telefon danışığı olub. Bəs KTMT qüvvələrinin yeridilməsi ərəfəsində Sergey Lavrovun türk və hindistanlı həmkarları ilə telefon danışıqlarını nə edəcəyik? Ekspertin Rusiya hərbçilərinin məhz bundan sonra Almatıya uçması ilə bağlı məntiqi fikri hardadır? KTMT qüvvələrinin daxil olması və çıxışı ilə bağlı qərarı KTMT üzvləri verir. Çin bu təşkilatın üzvü deyil.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra KİV-in Çin səfirinin Rusiya XİN rəhbərinə zəngindən sonra KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması iddiasını şərh edərkən deyib.

Zaxarova bildirib ki, Çin səfiri Sergey Lavrova zəng etməyib.