Yaponiya Rusiyaya sanksiya tətbiq edə bilər

Yaponiya hökuməti Rusiyanın Ukraynaya mümkün hücumunda Kremlə qarşı sanksiyaları tətbiqi variantlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, “Sankei” qəzeti məlumat yayıb.

Bildirilib ki, sanksiya paketi Rusiyanın bir neçə qurumunu əhatə edə bilər.

Bundan əlavə, rəsmi Tokyo bu məsələni ABŞ-ın diplomatik kanalları ilə müzakirə edir.