Daha bir ölkə sərhədlərini turistlərə açır


Avstraliya fevralın 21-dən etibarən sərhədlərini xarici turistlər üçün açacaq.

Bu barədə ölkənin Baş naziri Skott Morrison bildirib:

“Milli Nazirlər Kabineti Avstraliyanın bu il fevralın 21-dən etibarən viza sahibləri üçün sərhədlərini yenidən açması barədə qərar qəbul edib”.

Morrison əlavə edib ki, Avstraliyaya səfər etmək üçün turist iki dəfə COVID-19-a qarşı peyvənd edilməlidir.

Qeyd edək ki, ötən il dekabrın 15-dən Avstraliya sərhədlərini mərhələli şəkildə açmağa başlayıb.

Mənbə: Gazeta.ru