Çerniqovda yaşayış massivinə raket atıldı: 47 nəfər həlak oldu


Martın 3-də Ukraynanın Çerniqov vilayətində yaşayış massivinə Rusiyanın atdığı raket nəticəsində 47 nəfər həlak olub.

Bu barədə vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb:

“Tibb müəssisələrinin yenilənmiş məlumatına görə, dünən, martın 3-də Rusiya aviasiyasının Çerniqov ərazisini bombardman etməsi nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub. 18 nəfər xilas edilib”.

Dağıntılar altından 33 meyit və 18 yaralı çıxarılıb.

Mənbə: UNİAN