Senatordan Putinə qarşı sui-qəsd çağırışı:“Yeganə yol Putini aradan götürməkdir”

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem  “Twitter”də paylaşım edib. "Sherg.az" xəbər verir ki, onun Roma imperatoru Yuli Sezara xəyanət edən Brutus və Adolf Hitlerə sui-qəsd cəhdi göstərən polkovnik Albay Klaus von Stauffenberqə istinad etməsi diqqət çəkib.
L.Qrem bildirib:

"Rusiyada Brutus var? Rus ordusunda polkovnik Stauffenberq kimi uğurlu adam yoxdurmu? Müharibəni dayandırmağın yeganə yolu bu adamı (oxu: Putini) aradan götürməkdir. Ölkəniz və bütün dünya üçün çox mühüm xidmət olacaq".

Baş verənləri düzəldə biləcək tək millətin rus xalqı olduğunu vurğulayan L.Qrem bildirib:

 "Demək asandır, etmək çətindir. Əgər həyatınızın qalan hissəsini qaranlıqda, dünyadan təcrid olunmuş və yoxsulluq vəziyyətində keçirmək istəmirsinizsə, hərəkətə keçməlisiniz".

Senatorun paylaşımı tezliklə sosial şəbəkə istifadəçilərinin reaksiyasını qazanıb. Sözügüdən tvit Rusiya Prezidenti V. Putinə sui-qəsd çağırışı kimi şərh olunub.

Mənbə: HABER GLOBAL