Kadırovdan Putinə: “Göstəriş ver, Kiyev və Xarkovu ələ keçirim”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Kiyev və Xarkovu ələ keçirmək üçün göstəriş istəyib.
“Sherg.az”  “РБК”ya istinadən xəbər verir ki, R.Kadırov V.Putindən Ukraynada hərbi əməliyyatların başa çatmasına icazə və döyüşçülərə özlərini sübut etməyə imkan verməyi xahiş edib. O, Rusiya prezidentindən bütün mümkün və qeyri-mümkün qüvvələrdən istifadə etməyi rica edib. Çeçenistan rəhbəri Ukraynadakı vəziyyəti bütün dövlət üçün təhlükə adlandırıb.
Eyni zamanda R.Kadırov  özünü V.Zelenski ilə danışıq aparan şəxs kimi təklif edib və “yarım saat ərzində onunla hər şeyi həll edəcəyini” dilə gətirib.

Çimnaz