Stoltenberq: “NATO münaqişə tərəfi deyil”


NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl Şimali Atlantika blokunun Ukraynadakı münaqişənin tərəfi olmadığını bəyan edib.
“NATO-nun müttəfiqləri Rusiyaya qarşı görünməmiş sanksiyalar qəbul edib, Ukraynaya dəstək verir, lakin eyni zamanda, NATO münaqişənin tərəfi deyil. NATO müdafiə xarakterli ittifaqıdır, biz Rusiya ilə hərbi münaqişəyə can atmırıq”, - deyə Yens Stoltenberq vurğulayıb.
Eyni zamanda o deyib ki, NATO-nun alyans üzvlərini müdafiə edəcəyinə də heç bir şübhə olmamalıdır.
Mənbə: RİA Novosti