Rusiya Ukraynada döyüşmək üçün Suriyadan muzdlu əsgərlər gətirib.
"Haber Qlobal”ın əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Suriya Prezidenti Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutu da müəyyən edilib.
Suriyanı tərk edən muzdlular Ermənistana aparılır.
Ermənistanın Erebuni aviabazasında toplanan bu əsgərlər Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok şəhərinə gətirildikdən sonra Rusiya komandası ilə birlikdə Ukraynaya göndərilir.
Bildirilir ki, Rusiya B.Əsədin Ermənistan vasitəsilə göndərdiyi muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.