Müharibə zonasından təxliyə edilən azərbaycanlılar - FOTO


Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkədən təxliyə edilən azərbaycanlılar Rumıniyaya çatıblar.

Qatarla Buxarestə çatan soydaşlarımızı Şimal Dəmir Yolu stansiyasında qarşılayan könüllülər onları suya və yeməyə qonaq ediblər.

Rumıniya səlahiyyətliləri Ukraynadan təxliyə edilən azərbaycanlıları avtobuslarla müvəqqəti yerləşmə mərkəzinə aparıblar.