Rusiyanın Ukraynaya müharibəsində şiddətli qarşıdurmalar səngimir.
"Sherg.az" xəbər verir ki, mühasirədə olan paytaxt Kiyevdə böyük toqquşmaya hazırlıq davam edir.
Rusiya əsgərlərinin Ukraynanın paytaxtına hər an tanklarla girə biləcəyi bildirilərkən, şəhər əhalisinin barrikadalar quraraq, səngərlər qazaraq düşməni gözləyir. Şəhərdəki tikinti meydançasında rus tanklarının girişini əngəl yaratsın deyə nəhəng xəndəklər qazılır. Tikinti işçiləri və yerli sakinlər rus qoşunları ilə qarşıdurmaya hazırlaşmaq məqsədilə tikanlı məftillərdən barrikadalar qurulur.
Ölkənin aparıcı tikinti şirkətlərindən biri Rusiyanın ötən həftə Ukraynaya müdaxiləsindən sonra 3 milyondan çox əhalisi olan paytaxtı qorumaq məqsədilə hərəkətə keçib. Şirkət idarə etdiyi tikinti sahələrini müdafiə xəttinə çevirib.
Könüllülər barrikadaların qurulmasına kömək göstərir. Müdafiə xəttinin qurulmasına yardım edən fəhlələrdən biri Zakhar, "Biz necə döyüşəcəyimizi bilmirik, amma faydalı olacağımızı bilirik" söyləyib.
Kiyev meri Vitali Kliçko da şəhərdə müdafiə bölmələrinin yaradıldığını və bir çox yerlərdə nəzarət-buraxılış məntəqələri, bunkerlərin qurulduğunu diqqətə çatdırıb.
Ehtiyatda əsgər kimi xidmət edən bir çox Kiyev sakininin də silahlanmış və döyüşə hazır olduğu söylənilib.
Ukraynanın müxtəlif şəhərlərində çoxlu sayda insan rus əsgərlərinin irəliləməsini dayandırmağa çalışan orduya dəstək vermək üçün mülki müdafiə bölmələri yaradır. Bundan əlavə, müstəqil polislər rus əsgərləri ilə toqquşmalarda iştirak edirlər.
Mənbə: Haber Global