Yaponiya Rusiyaya ETİRAZ EDİR

Yaponiyanın Baş naziri Fumio Kişida martın 22-də Tokionun Çiyoda Uordunda Diet binasında Şura Palatasının (Yuxarı Palata) büdcə komitəsində iştirak edib.

"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, F.Kişida rəsmi Moskvanın İkinci Dünya müharibəsi ilə bağlı sülh müqaviləsinə görə danışıqları dayandırmasının qəbul olunmayacağını vurğulayıb.

"Bütün bu vəziyyət Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranıb. Kreml hakimiyyətinin bunu Yaponiya-Rusiya münasibətlərinə ötürməsi son dərəcə əsassız və tamamilə qəbuledilməzdir. Yaponiya bu addıma etiraz etmək istəyir. Biz dünya ictimaiyyəti ilə birləşəcək və ölkəmizin beynəlxalq nizamla davam edə bilməsi üçün həlledici addımlar atacağıq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dörd mübahisəli adada birgə iqtisadi fəaliyyətlə bağlı rəsmi Tokyo ilə dialoqdan çıxacağını bildirib. Söhbət Kremlin “Cənubi Kuril” və qarşı tərəfin “Şimal əraziləri” adlandırdığı bölgələrdən gedir. Yaponiya vətəndaşlarının  mübahisəli adalara  vizasız səfərlərini də dayandıracaqlar.

Həmçinin Kişida keçən həftə qeyd edib ki, onlar Rusiyanın "ticarətdə ən əlverişli ölkə"  statusunu ləğv etmək üçün hərəkətə keçib. O,  Ukraynanın işğalını “tarixi vəhşilik” adlandırıb. Şimal qonşumuza qarşı maliyyə sanksiyalarını gücləndirmək üçün G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcəyini bildirib.