Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb

Türkiyənin gömrük əməkdaşları Kiyevin müraciəti əsasında Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxlayıblar.
“Report” “Reuters” nəşrinə isitinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar deyib.
“Biz Türkiyə ilə əməkdaşlıq edirik. Hazırda gəmi portun girəcəyində, Türkiyənin gömrük əməkdaşları tərəfindən saxlanılıb”-deyə, diplomat bildirib.