Çində yoluxma artdı: 1,7 milyon insan karantinə alındı

Çində koronavirusa bir gündə 300-ə yaxın yeni yoluxma hadisəsinin qeydə alındığı Anhui əyalətində 1.7 milyon insan karantinə alınıb.
Çinin Milli Səhiyyə Komissiyası əyalətdə son sutkada 287 yeni yoluxma faktının aşkarlandığını, o cümlədən simptomları olmayan 258 nəfərin olduğunu açıqlayıb.
Ümumilikdə əyalətin 1 000-dən çox sakinində koronavirusa yoluxma qeydə alınıb.
Əyalət qubernatoru Vanq Qinqxian Anhui hökuməti tərəfindən yayımlanan bəyanatda yerli hakimiyyət orqanlarını diqqətli olmağa və ciddi şəkildə sürətli yoxlama aparmağa çağırıb.