İran sülh müqaviləsinin bağlanmasında maraqlı deyil

Ermənistanın atəşkəsi mütəmadi pozması və sülh danışıqlarından yayınmasında Tehranın rolunu istisna etmək olmaz


  “İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”. Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, bu xüsusda İran rəsmilərinin İrəvana səfəri və erməni rəsmiləri ilə danışıqlarda anti-Azərbaycan mövqeləri aydın görünür: “İranın regionda sülhün əldə edilməsini Türkiyənin bu regionda geostrateji mövqeyə sahib olunacağından, Ermənistanın İranla deyil. Türkiyənin təsir dairəsinə düşəcəyindən ciddi narahatdır. Ona görə də hər vəchlə həm Zəngəzur dəhlizinə qarşı çıxır, həm də Azərbaycana qarşı məzhəbsəl siyasi təzyiqlərə əl atır. Bu kontekstdə İran Azərbaycan və Türkiyəyə qarşı öz ərazisindən informasiya vasitələrindən istifadə edərək əks-təbliğat işi aparır”. 

Analitik qeyd edib ki, baş verənlərə rəğmən, rəsmi Bakı əlaqələrin zədələnməməsi və inkişaf etdirilməsi üçün səy göstərir: “Xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri və Tehran rəsmilərinin Bakıya səfərləri qarşı tərəfdən qaynaqlanan problemə son verilməsinə gətirib çıxarmalıdır. 

Bundan əlavə, Ermənistanın atəşkəsi mütəmadi pozması və sülh danışıqlarından yayınmasında Tehranın rolunu istisna etmək olmaz. Azərbaycanın İrana qarşı bütün müsbət reveranslarına baxmayaraq, Tehran Azərbaycanla məsafəli siyasət aparacaq”.