Bayden kraliça II Elizabet ilə vidalaşdı - YENİLƏNİB + VİDEO

ABŞ prezidenti Co Bayden vəfat edən Kraliça II Elizabet ilə açıq vida mərasimində iştirak edib.
Baydeni həyat yoldaşı Cil və ABŞ-ın Böyük Britaniyadakı səfiri Ceyn Hartli müşayiət edib.
ABŞ prezidenti və birinci xanım Vestminster sarayını ziyarət etdikdən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyinə məxsus Londondakı Lankaster Hausa gedib və orada xatirə kitabına qeydlər qoyublar.
ABŞ prezidenti və birinci xanımı Lankaster Hausadan kral III Çarlz ilə ziyafət üçün Bukingem Sarayına gediblər.