Polşa Rusiyanın BAEA-dan çıxarılması üçün çağırış etdi

Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva Rusiya Federasiyasının Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) xaric edilməsi üçün çağırış edib.
O, bu barədə “Twitter” mikrobloqunda yazıb.
Nazir bu təklifi BAEA-nın Vyanada keçirilən baş konfransında çıxışı zamanı irəli sürüb.
“Biz burada oturarkən Ukraynanın əraziləri Rusiya qoşunları tərəfindən işğal olunub. Biz işğal olunmuş ərazilərin de-rusiyalaşdırılmasını və demilitarizasiyasını tələb edirik. O vaxta qədər Rusiyanın BAEA-nın üzvü kimi fəaliyyəti dayandırılmalıdır. Əgər onlar bu şərtlərə cavab vermirlərsə, təşkilatdan xaric edilməlidirlər”, - deyə Moskva qeyd edib.
Mənbə: UNİAN