Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

Kişinyov Apellyasiya Məhkəməsi Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığının müddətini oktyabrın 21-dək uzadıb.
Bu barədə eks-prezidentin vəkili Nikolay Posturusu məlumat verib.
“Apellyasiya Məhkəməsi prokurorların həbs müddətinin 30 sutka, yəni oktyabrın 21-dək uzadılması tələbini təsdiqləyib”, - vəkil bildirib.
Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.