Ukraynalı müəllim məktəb dağılandan sonra evini sinif otağına çevirib

Ukraynanın Donetsk vilayətində Oleksandr Poqoryelov adlı müəllim işlədiyi məktəb Rusiya bombardmanları nəticəsində dağıdılandan sonra evini şagirdləri üçün təlim mərkəzinə çevirib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, müəllim məktəb dağıntılarından topladığı materiallarla evdə 11 şagirdə dərs deyir.

Donetsk vilayətinin cənubunda yerləşən Şandrıxolove kəndində Poqoryelovun işlədiyi məktəb aprel ayında Rusiya bombardmanları nəticəsində dağıdılıb.


 
Həmin vaxt Rusiya və Ukrayna qüvvələri arasında baş verən toqquşmalarda şəhərə ciddi ziyan dəyib. Elektrik və internet kəsilməsi səbəbindən təhsili onlayn davam etdirmək mümkün olmayıb.

45 yaşlı Poqoryelov məktəbin dağıntıları altından çıxardığı materiallarla qonaq otağını sinif otağına çevirib.

Mövzu ilə bağlı açıqlamasında Poqoryelov deyib:

"Müəllim uşaqlara dərs verməlidir. Məktəb dağılanda  ​​mən evdə dərs keçməyə qərar verdim ki, şagirdlər bir-biri ilə ünsiyyət qura bilsinlər. Onlayn dərsdənsə, üz-üzə dərs keçmək daha yaxşıdır".

Turan