Kral Çarlz və həyat yoldaşı Kamilla mayın 6-da Londondakı tarixi Vestminster Abbey kilsəsində tac qoyacaqlar.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Kral Çarlzın 1953-cü ildə anası Kraliça II Yelizavetanın 8200-dən çox qonağın qatıldığı tacqoyma mərasimi ilə müqayisədə daha kiçik və daha qısa tacqoyma mərasiminə 203 ölkədən 2000-dən çox qonaq qatılacaq.
Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt, həmçinin Kral Çarlzın iki qardaşı Şahzadə Anne və Şahzadə Edvard mərasimin ön sıralarında iştirak edəcəkləri bildirilib.
Digər tərəfdən ABŞ-da məskunlaşan Kral Çarlzın oğlu Şahzadə Harri mərasimdə iştirak edəcəyini təsdiqləsə də, həyat yoldaşı Meqan iştirak etməyəcək.Çünki İngiltərə kralı Çarlzın tacqoyma mərasimi Harri və Meqanın oğlu Şahzadə Arçinin 4-cü doğum gününə təsadüf edir.
Qeyd edək ki, mərasimdə iştirak edəcək qonaqlar arasında dünya liderləri və mühüm siyasi xadimlərin də qatılacağı gözlənilir.
Tacqoymaya Böyük Britaniyanın baş naziri Rişi Sunakla yanaşı, nazirlər və Lordlar Palatasının bəzi üzvləri, Liz Truss və Tony Blair kimi Britaniyanın keçmiş baş nazirləri, həmçinin Şotlandiyanın regional baş naziri Həmzə Yusuf da qatılacaq.
Həmçinin Fransa prezidenti Emmanuel Makron, Avstraliyanın baş naziri Entoni Albanese, Yeni Zelandiyanın baş naziri Kris Hipkins və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Westminster Abbey kilsəsində keçiriləcək mərasimə qatılacaq siyasi xadimlər arasındadır. Mərasimdə Millətlər Birliyinin bütün ölkələrindən dini liderlərin və nümayəndələrin iştirakı gözlənilir.
Mərasimdə Türkiyəni vitse-prezident Fuat Oktay təmsil edəcək.
Mənbə: Haber Global