Antalyada tısbağa balaları dənizlə qovuşdu 

Antalyanın dünyaca məşhur Çıralı sahilində yuvalarından çıxan tısbağa balaları Aralıq dənizinin mavi sularına çatıb.

Sherg.az türk mediasına istinadən xəbəbər verir ki, Antalyanın Kəmər rayonundakı Çıralı çimərliyində balaların dənizlə qarşılanması prosesi başlayıb. Səhər saatlarında vəzifəlilərin açdığı yuvadan çıxan 6 tısbağa balaları dənizə çatıb. Yuvalarından çıxa bilməyən bəzi balalarisə  məmurların köməkliyi ilə mavi sularla qovuşub.

Kəmər Bələdiyyə başçısı Necati Topaloğlu verdiyi açıqlamada, təyin etdikləri heyətin könüllülərlə birlikdə dəniz tısbağalarının yaşayış yerlərini qoruduğunu ifadə edərək, Çıralının son illərdə bu xüsusiyyəti ilə ön plana çıxdığını qeyd edib.