Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış zamanı Kral Saat Qülləsinə ildırım düşüb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, güclü yağış Səudiyyə Ərəbistanının Məkkə şəhərinə təsir edib. Dünyanın ən hündür binalarından olan Məkkədə ki 601 metr hündürlüyündəki Kral Saat Qülləsinə ildırım düşüb.
Şiddətli yağışa baxmayaraq, Kəbədəki müsəlmanlar namaza davam ediblər.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Səudiyyə xalqını və turistləri leysan yağışları və daşqınlara qarşı xəbərdar edib və elektrik cərəyanı keçirən metal əşyalarla təmasdan çəkinməyə çağırıb.