Yaponiyanın şimal-şərqindəki safari parkında aslanın hücumu nəticəsində heyvana baxan adam ölüb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fukuşima əyalətinin Nihonmatsu bölgəsindəki Tohoku Safari Parkında aslan qəfəsində olan heyvan baxıcısı Kato Keniçinin boynunda qanaxma aşkarlanıb.
25 ildən çox safari parkında çalışan 53 yaşlı Kato aparıldığı xəstəxanada dünyasını dəyişib.
Tohoku Safari Parkının vitse-prezidenti Kumakubo Noriçikanın açıqlamasına görə, təhlükəsizlik kamerası görüntülərindən aslanın heyvan baxıcısına hücum etdiyi müəyyən edilib.
Tohoku Safari Parkı təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılacağı tarixə qədər xidmətini dayandırıldığını açıqlayıb.