Heç vaxt sülh gətirməyəcək münaqişə genişlənməsin - Papa

Qəzzada yaralılara yardım göstərmək, sığınacaqları qorumaq, taqətdən düşmüş əhaliyə daha çox humanitar yardım göndərmək, çoxu qoca və uşaq olan girovları azad etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsi zamanı deyib.

“Qoy silahlar sussun, heç vaxt sülh gətirməyəcək münaqişə genişlənməsin. İstər xristian, istər yəhudi, istərsə də müsəlman - hər bir insanın həyatı müqəddəsdir”, - Papa bildirib